Saytımızı qiymətləndirin


 
 

Ekspert: “ADY Ekspress”in yenidən təşkili yükdaşımalarında daha effektiv idarəetməni təmin edəcək
Tarix: 24-10-2024 | Saat: 17:08
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Ekspert: “ADY Ekspress”in yenidən təşkili yükdaşımalarında daha effektiv idarəetməni təmin edəcək

Azərbaycanın geostrateji yerləşmə mövqeyi fərqli növ yüklərin daşınması üçün münbit şərait yaradır və bu daha effektiv idarəetməni özündə ehtiva edir.

Qarabaginfo.az xəbər verir ki, bunu “APA-ya açıqlamasında 1 noyabr 2024-cü ildən etibarən “ADY Konteyner” MMC-nin “ADY Ekspress” MMC-yə qoşulması nəticəsində “ADY Ekspress” MMC-nin yenidən təşkil ediləcəyi ilə bağlı məsələni şərh edən nəqliyyat eksperti Rauf Ağamirzəyev deyib.

“Azərbaycanın geostrateji yerləşmə mövqeyi fərqli növ yüklərin daşınması üçün münbit şərait yaradır. Nəzərə alaq ki, bir dəmir yolu heyəti müxtəlif yükləri eyni anda daşıma imkanına sahibdir, bu da daha effektiv idarəetməni özündə ehtiva edir. Düşünürəm ki, “ADY Ekspress” və “ADY Konteynerin” yenidən bir şirkətdə təşkil olunmasına da məhz bu nöqteyi nəzərdən yanaşılıb”, - deyə Rauf Ağamirzəyev qeyd edib.

Onun sözlərinə görə, şərq istiqamətindən Azərbaycan üzərinə bir yox, artıq iki marşrut istiqamətlənir. Biri Çindən Qazaxıstan ərazisi ilə keçən istiqamət, ikincisi isə Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan marşrutudur. Belə ki, yaxın üç il ərzində Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu tikintisi layihəsi icra olunacaq, bu da ildə 8-10 mln. ton yüklərin daşınmasına hədəflənib.

“Azərbaycan istiqamətində yük axınının artımı dinamikasını müşahidə edəcəyik və “Azərbaycan Dəmir Yolları”nın törəmə şirkətlərində qeyd olunan işləri məhz bu növ yeni reallığa uyğun verilmiş qərarlardan hesab etmək olar”, - Rauf Ağamirzəyev bildirib.

O əlavə edib ki, bu işlər tək Xəzərin o tərəfindən müşahidə edilmir, Azərbaycan öz daxilində də məhz marşrutların şaxələndirilməsi yönündə müvafiq qərarları icra edir.

“Hazırda Zəngəzur istiqamətində dəmir yolunun tikinti layihəsi davam edir və bu da gələcəkdə mümkün riskləri minimumlaşdırmaq imkan verəcək”, - ekspert vurğulayıb

Qeyd edək ki, 1 noyabr 2024-cü ildən etibarən “ADY Konteyner” MMC-nin “ADY Ekspress” MMC-yə qoşulması yolu ilə “ADY Ekspress” MMC yenidən təşkil ediləcək. ADY Müşahidə Şurasının qərarı əsasında, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin razılığı ilə qanunvericiliyə və hüquqi prosedurlara tam uyğun şəkildə icra edilən yenidən təşkil prosesi nəticəsində “ADY Ekspress” MMC bütün funksiyaları öz üzərinə götürəcək və müştərilərə həm konteyner, həm də vaqonlarla daşımalar üzrə daha geniş əhatəli və səmərəli xidmətlər təqdim edəcək.

Onu da əlavə etmək lazımdır ki, Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlər vasitəsilə tranzit daşımalarının səmərəliliyinin artırılması üçün konteyner daşımalarının önəminin getdikcə artmasını nəzərə alaraq, eləcə də bu sahədə qabaqcıl beynəlxalq təcrübəyə, xüsusilə də qonşu Türkiyə, Rusiya, Gürcüstan və Qazaxıstanda tranzit daşımaların səmərəli idarə edilməsi üzrə mövcud olan təcrübələrə əsaslanaraq ADY-də də konteynerləşmə və ümumilikdə tranzit daşımaları sahəsində idarəetmənin təkmilləşdirilməsinə zərurət yaranıb. Bu baxımdan dəhlizlər üzrə güclü ekspedisiya xidməti göstərən və dəhlizlərin inkişafına töhfə verəcək şirkətlərin mövcudluğu vacibdir.



Xəbəri paylaş

46 dəfə oxunub.

Digər xəbərlər