Tarix: 18-10-2024 | Saat: 16:54
Bölmə:Karusel / Siyasət | çapa göndər
Qərb Gürcüstanda Rusiyaya qarşı ikinci cəbhə açmağa cəhd edir.
Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov İstanbulda 3+3 formatında keçirilən Regional Əməkdaşlıq Platformasının iclasından sonra keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, qərb Gürcüstanda yenidən vəziyyəti qızışdırmağa, Abxaziya və Cənubi Osetiyada vəziyyəti destabilləşdirməyə, Gürcüstanla Abxaziya və Cənubi Osetiya arasında münasibətləri qaynar etməyə cəhd edir.
Lavrov qeyd edib ki, Cənubi Qafqazdakı risklərin əksəriyyəti qərbin bu regionda öz təsirini maksimal dərəcədə artırmaq cəhdləri ilə bağlıdır. Hər şeydən əvvəl Rusiyanın imkanlarını və Cənubi Qafqaz ölkələrinin Rusiya ilə ilə qarşılıqlı sərfəli və bərabərhüquqlu əməkdaşlığını pozmaqla bağlıdır.
Digər xəbərlər