Saytımızı qiymətləndirin


 
 

COP29-a hazırlıq məqsədi ilə paytaxtın bir sıra mərkəzi küçə və prospektində avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək
Tarix: 17-10-2024 | Saat: 15:42
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Azerbaijan unveils COP29 logo (PHOTO)

Bildirildiyi kimi, 2024-cü ilin oktyabrın 19-u gün ərzində və 19-dan 20-sinə keçən gecə saat 02.30-dan 05.30-dək COP29 tədbirinə hazırlıq məqsədi ilə paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyatın idarə edilməsi üzrə monitorinqlərin keçirilməsi üçün avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcəkdir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Bakı şəhər DYPİ və AYNA-nın birgə məlumat yayıb.

Bildirilib ki, bu məqsədlə Hava Limanı şosesi, Heydər Əliyev prospekti, Neftçilər prospekti və Yusif Səfərov, Niyazi, İstiqlaliyyət, Lermontov, Mikayıl Huseynov, Xəqani Rüstəmov, Teymur Elçin, Mehdi Hüseyn küçələrində avtomobillərin hərəkəti dəyişdiriləcəkdir.

Hərəkət iştirakçılarından xahiş edirik ki, monitorinq müddətində həmin istiqamətlər üzrə hərəkətdə tətbiq olunacaq məhdudiyyətləri nəzərə alsınlar. Hərəkətin təşkili DYP əməkdaşları tərəfindən tənzimlənəcəkdir.

Heydər Əliyev hava limanına gedəcək vətandaşlardan səfərlərini tətbirdən daha öncə planlamaları və alternativ yollardan istifadə etmələri xahiş edilr.

Eyni zamanda bildiririk ki, 19 oktyabr gündüz saatlarında şatl avtobuslarının fəaliyyətinin monitorinqi ilə bağlı həyata keçiriləcək tədbirlər zamanı yollarda hər hansı bir məhdudiyyət tətbiq olunmayacaqdır.

Yollarda hərəkətin tənzimlənməsinə dair daha ətraflı məlumat DİN tərəfindən veriləcəkdir.



Xəbəri paylaş

31 dəfə oxunub.

Digər xəbərlər