Saytımızı qiymətləndirin


 
 

HƏMAS Avropa ölkələrini İsrailin təcavüzünə son qoymağa çağırıb
Tarix: 17-10-2024 | Saat: 12:20
Bölmə:Karusel / Dünya | çapa göndər

Qəzza zolağında hələ də İsrail hakimiyyətini bütün vasitələrlə dəstəkləyən Avropa ölkələri İsrailin Fələstin xalqına qarşı təcavüzünə son qoyulması üçün açıq şəkildə çıxış etməli və Fələstinin müstəqil dövlət yaratmaq hüququnu dəstəkləməlidir.

Qarabaginfo.az xəbər verir ki, bunu HƏMAS hərəkatı Avropa İttifaqı və Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının sammitinin yekunlarına dair qəbul edilmiş bəyanatı şərh edərkən bildirib.

“Avropa dövlətləri, xüsusən də İsraili Qəzzada Fələstin xalqına qarşı istifadə edilən silahlarla təmin edən dövlətlər İsrail hakimiyyətini anklav sakinlərini öldürməyi dayandırmağa məcbur edən dəqiq qərar qəbul etməli və hücumları dayandırmaq üçün tədbirlər görməlidirlər. Liderlər bu müharibənin başlamasına görə məsuliyyət daşıyırlar”, – HƏMAS-ın bəyanatında deyilir.



Xəbəri paylaş

39 dəfə oxunub.

Digər xəbərlər