Saytımızı qiymətləndirin


 
 

Mixeil Saakaşviliyə qarşı yeni ittiham irəli sürülüb
Tarix: 11-10-2024 | Saat: 12:43
Bölmə:Karusel / Region | çapa göndər

Saakaşvili xüsusi dustaqdır - Zurabişvili - 03.11.2021, Sputnik Azərbaycan

Gürcüstanın Baş prokurorluğu sabiq prezident Mixeil Saakaşviliyə qarşı yeni ittiham irəli sürüb.

Qarabaginfo.az xəbər verir ki, prokurorluğun bəyanatında Mixeil Sakaşvilinin 2016-cı ildə öz partiyasından olan sabiq deputat Givi Tarqamadzeyə qarşı sui-qəsd tapşırığı verməkdə ittiham edilib.

Qeyd olunub ki, Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları sentyabrın 19-da Givi Tarqamadzeyə və digər şəxslərə qarşı sui-qəsd təşkil etmək ittihamı ilə axtarışda olan Darço Xeçuaşvilini həbs ediblər. Məlumata görə, cinayət işi çərçivəsində saxlanılan şəxsin sorğu-sual edilməsi zamanı göstərişin sabiq Prezident Mixeil Saakaşvili tərəfindən verildiyi, sui-qəsdin planlaşdırılmasında sabiq daxili işlər naziri Giorgi Lordkipanidzenin də iştirak etdiyi məlum olub. B

ildirilib ki, buna səbəb Givi Tarqamadzenin 2016-cı il seçkilərindən əvvəl hazırkı hakim partiya “Gürcü Arzusu” ilə əməkdaşlıq etməsi olub.



Xəbəri paylaş

74 dəfə oxunub.

Digər xəbərlər