Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda süni yağış üzrə pilot layihələr icra olunacaq
Tarix: 11-10-2024 | Saat: 08:35
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Süni yağış texnologiyası ilə bağlı 1 pilot layihə icra olunacaq.

Bu, “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”da əksini tapıb.

Strategiyaya əsasən, 2024−2027-ci illərdə Elm və Təhsil Nazirliyi və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi n Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinet ilə birgə süni yağış texnologiyasının inkişafı ilə bağlı tədqiqatlar aparılmasını, müvafiq sahədə texniki-iqtisadi əsaslandırma və layihə sənədlərinin hazırlanmasını, müvafiq sahədə pilot layihələrin müəyyən edilməsini, süni yağış texnologiyası ilə bağlı 1 pilot layihənin icrasını təmin etməlidir.

Qeyd olunan qurumlar bu müddət ərzində havadan suyun əldə edilməsi üzrə tədqiqatlar aparılmasını, müvafiq sahədə texniki-iqtisadi əsaslandırma və layihə sənədlərinin hazırlanmasını, müvafiq sahədə pilot layihələrin müəyyən edilməsini, havadan suyun əldə edilməsi texnologiyası ilə bağlı 1 pilot layihənin icrasını təmin etməlidir.



Xəbəri paylaş

52 dəfə oxunub.

Digər xəbərlər