Saytımızı qiymətləndirin


 
 

Prezidentin köməkçisi: "Ermənistanın humanitar atəşkəs istəməsi riyakarlıq və ikiüzlülükdən başqa bir şey deyil”
Tarix: 28-10-2020 | Saat: 15:39
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Biz beynəlxalq ictimaiyyətə öz çağırışımızı edirik”. 

Qarabaginfo.az-ın məlumatına görə, bunu Azərbaycanda akkreditasiya olunmuş xarici ölkələrin səfirləri üçün bu gün ADA Universitetində keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. 

Prezidentin köməkçisi qeyd edib ki, Bərdədə yaralıların sayında artım olacağı istisna olunmur: “Hazırda Bərdə şəhərində bizim təhlükəsizlik orqanlarımız çalışır. Beynəlxalq ictimaiyyətə çağırış edirik ki, Ermənistan bu müharibə cinayətlərinə son qoymalıdır. Onlar Gəncədə olduğu kimi ballistik raketlərdən istifadə edirlər. Bu, Azərbaycana qarşı terrorçuluqdur. Bu, eyni zamanda irqçiliyin bariz nümunəsidir. Onlar bizim mülki şəxslərimizə, yaşlılarımıza, uşaqlarımıza qarşı hərbi cinayət törədirlər. Ermənistan bunun cavabını verəcək. Bu, eyni zamanda etnik təmizləmə siyasətidir və Xocalı soyqırımının davamıdır. Ancaq vasitələr və alətlər dəyişir. O zaman Xocalı soyqırımında Ermənistan rəhbərliyi birbaşa Silahlı Qüvvələrdən istifadə edərək mülki şəxsləri öldürürdülər. 600-dən çox mülki şəxs Xocalı soyqırımı zamanı qətl edilib. 20-25 ildən sonra onlar eyni şeyi edirlər. İndi isə onlar beynəlxalq konvensiyalarda qadağan olunmuş silah-sursatdan istifadə edərək mülki şəxslərə hücum edirlər. Eyni zamanda onlar söyləyir ki, guya Azərbaycan da bu silah-sursatdan istifadə edir. Amma biz görürük ki, onlar mülki şəxslərin sıx şəkildə yaşadığı yerlərdə bu silahlardan istifadə edirlər. Bu, soyqırım aktıdır, Ermənistanın siyasi rəhbərliyi tərəfindən törədilən cinayətdir. Ermənistan tərəfi bunu edərək bizim iradəmizi daha da gücləndirir. Bu hücumlar bizi daha da güclü edir. Ermənistanın iç üzü bununla daha əyani şəkildə görünür. Ermənistanın humanitar atəşkəs istəməsi riyakarlıq və ikiüzlülükdən başqa bir şey deyil”.



Xəbəri paylaş

387 dəfə oxunub.

Digər xəbərlər