Saytımızı qiymətləndirin


 
 

“Prinsipləri pozarsa, Gürcüstan Avropa İttifaqının üzvü olmayacaq”- Qerçinski
Tarix: 07-10-2024 | Saat: 16:00
Bölmə:Karusel / Region | çapa göndər

Oktyabrın 26-da Gürcüstanda keçiriləcək parlament seçkilərindən sonra Avropa İttifaqı Gürcüstanın təşkilata qəbulu ilə bağlı işi bərpa edəcək.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Tbilisidəki daimi nümayəndəsi Pavel Qerçinski məlumat verib.

“Ümid edirəm ki, seçkilərdən sonra biz Gürcüstanın Avropa İttifaqına üzvlüyü ilə bağlı işi bərpa edəcək və itirilmiş vaxtı kompensasiya edəcəyik. Biz demokratik yolla seçilmiş istənilən hökumətlə işləməyə hazırıq. Əgər o, azadlıq, demokratiya, insan haqları, qanunun aliliyi kimi fundamental prinsipləri pozarsa, açıq deməliyəm ki, Gürcüstan Avropa İttifaqının üzvü olmayacaq. Bu mümkün deyil”, – Qerçinski bildirib.

Onun sözlərinə görə, 2023-cü ilin dekabrında Gürcüstana Aİ üzvlüyünə namizəd statusu verildikdən sonra ölkə hakimiyyəti bir çox yanlış addımlar atıb.

“Ölkəniz və hökumətiniz bir çox çətin, mübahisəli qərarlar qəbul edib ki, bu da Gürcüstanı Avropa İttifaqı üzvlüyünə  yaxınlaşdırmaq əvəzinə, ondan uzaqlaşdırır. Gürcüstan parlamenti və hökuməti tərəfindən qəbul edilən bir çox qərarlar Avropa İttifaqının əsas dəyərlərinə ziddir”, – Qerçinski qeyd edib.



Xəbəri paylaş

31 dəfə oxunub.

Digər xəbərlər