Tarix: 27-09-2024 | Saat: 11:31
Bölmə:Karusel / Gündəm | çapa göndər
Xəbər verdiyimiz kimi, AzTV-nin əməkdaşı və aparıcı Həmid Əsədzadənin 2 yaşlı qızı həyatını itirib.
TƏBİB-dən Qarabaqinfo.az -ın sorğusuna cavab olaraq bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 26.09.2024-cü il tarixində saat 18:00 radələrində özəl tibb müəssisəsinin qəbul şöbəsindən çağırış daxil olub.
"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfində 2 yaşlı (qadın cinsli) şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb", - açıqlamada bildirilir.
AzTV-nin əməkdaşı və aparıcı Həmid Əsədzadəyə ağır itki üz verib.
Qarabaqinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, H.Əsədzadənin 2 yaşlı qızı dünən Səbail rayonu ərazisində yerləşən uşaq bağçalarından birində ağır xəsarət alıb. O, xəstəxanaya çatdırılsa da, dünyasını dəyişib.
Bildirilir ki, azyaşlı bağçada ehtiyatsızlıqdan yıxılıb və bu səbəbdən ağır xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər