Saytımızı qiymətləndirin


 
 

Birinci sinfə qəbul bu tarixdən başlanır
Tarix: 27-04-2022 | Saat: 14:44
Bölmə:Karusel / Təhsil | çapa göndər

Birinci sinfə qəbul bu tarixdən başlanır

 

Mayın 4-dən 2022-2023-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start veriləcək. 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb. Ümumi təhsil müəssisələrinin I siniflərinə qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq.

I sinfə şagird qəbulu üçün valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatına mayın 4-dən, Azərbaycan bölməsi üzrə məktəb seçimi prosesinə isə mayın 6-dan başlanılacaq. 6 may tarixindən dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı müsahibəyə yazılmaq üçün qeydiyyat prosesinə də start veriləcək. Müsahibəyə yazılma mərhələsi mayın 30-da başa çatacaq. 

Müsahibələrin 10-31 may tarixlərində ənənəvi formada həyata keçirilməsi nəzərdə tutulur. Müsahibədən uğurla keçən uşaqlar üçün məktəb və müəllim seçimi mərhələsi isə 11-18 iyun tarixlərində keçiriləcək.

Birinci sinfə qəbulla bağlı elektron qeydiyyat prosesi sentyabrın 14-ü başa çatacaq



Xəbəri paylaş

423 dəfə oxunub.

Digər xəbərlər