Saytımızı qiymətləndirin


 
 

Səfir: Nidarland şirkətləri su idarəçiliyi sahəsində Azərbaycanla təcrübə bölüşməyə hazırdır
Tarix: 26-09-2024 | Saat: 11:09
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Səfir: Nidarland şirkətləri su idarəçiliyi sahəsində Azərbaycanla təcrübə bölüşməyə hazırdır

Azərbaycan su idarəçiliyi sahəsində yeni mərhələyə daxil olub.

Qarabaginfo.az xəbər verir ki, bunu Xəzər Su İnnovasiya Forumunda çıxışı zamanı Niderland Krallığının Azərbaycandakı səfiri Pauline Eizema deyib.

O bildirib ki, Bakıda keçiriləcək COP29 zamanı da su məsələsi mühüm mövzu olacaq.

Səfir qeyd edib ki, Niderlandın su idarəçiliyi sahəsində böyük təcrübəsi bütün dünyada tanınır və bu, tarix və nəsillər boyu qurulmuş, zəngin biliyə əsaslanan təcrübədir.

O, Azərbaycanın heyrətamiz təbii gözəlliklərə, zəngin təbii sərvətlərə, mədəniyyətə malik ölkə olduğunu vurğulayıb:

"Bir çox başqa ölkələr kimi, Azərbaycan da su ehtiyatlarının idarə olunmasında ciddi problemlərlə üzləşir. Suyun idarə edilməsində çox əsrlik təcrübəsi olan Niderland da oxşar problemlərlə üzləşib. Ölkəmiz sudan istifadə edərək su idarəçiliyini inkişaf etdirməyi də öyrənib. Bu torpaqlarımızı dənizdən qorumaq ehtiyacına görə formalaşıb".

O deyib ki, Niderland şirkətləri su idarəçiliyi sahəsində innovativ həllər təqdim edirlər:

"Niderland şirkətləri bu təcrübəni Azərbaycanla bölüşməyə hazırdırlar".



Xəbəri paylaş

49 dəfə oxunub.

Digər xəbərlər