Tarix: 24-09-2024 | Saat: 13:45
Bölmə:Karusel / Manşet | çapa göndər
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin və Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşlarının peşə bayramı günlərinin təsis edilməsi haqqında Sərəncam imzalayıb.
Qarabaqinfo.az xəbər verir ki, Sərəncama əsasən hər il avqustun 23-ü Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti əməkdaşlarının peşə bayramı günü kimi, hər il sentyabrın 26-sı Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti əməkdaşlarının peşə bayramı günü kimi, hər il martın 16-sı Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi əməkdaşlarının peşə bayramı günü kimi qeyd ediləcək.
Sənədə əsasən, “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramı gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 21 avqust tarixli 2997 nömrəli Sərəncamı ləğv edilib.
Digər xəbərlər