Saytımızı qiymətləndirin


 
 

Onlar Milli Məclisin sədr müavini postuna namizəddirlər
Tarix: 23-09-2024 | Saat: 10:31
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Onlar Milli Məclisin sədr müavini postuna namizəddirlər

Xəbər verdiyimiz kimi, bu gün VII Çağırış Milli Məclisin ilk iclası keçiriləcək.

 

Qarabaqinfo.az-ın məlumatına görə, iclasda parlamentin sədri və onun müavinləri seçiləcək.

 

Yeni Azərbaycan Partiyası sədr müavini postuna Əli Əhmədovun namizədliyini irəli sürüb.

 

Məlumata görə, parlamentdəki bitərəflərin spiker müavini postuna namizədi Musa Qasımlı olub.

 

Parlamentdəki azlıq isə Rafael Huseynovun namizədliyi dəstəklənib. O, parlamentdə Vətəndaş Həmrəyliyi Partiyasını təmsil edir.

 

Qeyd edək ki, hakim Yeni Azərbaycan Partiyası (YAP) Milli Məclisin sədri postuna Sahibə Qafarovun namizədliyini irəli sürüb.

 

Xatırladaq ki, sentyabrın 21-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi Konstitusiya icraatı üzrə iclasında VII çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiqlənib.



Xəbəri paylaş

52 dəfə oxunub.

Digər xəbərlər
24-10-2024, 07:58 Türkiyə və terrorlar...