Saytımızı qiymətləndirin


 
 

Maqnit qasırğası nə vaxtadək davam edəcək?
Tarix: 17-09-2024 | Saat: 12:12
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Maqnit qasırğası nə vaxtadək davam edəcək?

 

Günəşdə davamlı və uzun müddət baş verən alışmalar hesabına aktivlik yüksək həddə qalxıb. M (radiodalğaları əngəlləyən, yayılmasına mane olan), eləcə də X sinif (güclü) alışmalar hesabına Günəş aktivliyi Yerdə maqnit qasırğaları yaradıb.

 

Bu barədə Qarabaqinfo.az-a BDU-nun Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.

 

 

Günəşdə baş vermiş tac kütlə atılmaları hesabına sentyabrın 16-sı günün yarısından başlayaraq G1(mülayim), sonradan G2 (orta) səviyyəli maqnit qasırğası baş verib. Gecə qasırğa səviyyəsi G3-ə (güclü) çatıb. Maqnit qasırğası sentyabrın 17-si günorta saatlarınadək davam edəcək. Günota saatlarından sonra Yerin geomaqnit sahəsi normal səviyyəyə düşəcək.

 

Geomaqnit qasırğa yüksək coğrafi enliklərdə G2-G3 səviyyəsində, orta coğrafi enlıiklərdə G1 səviyyəsində hiss olunur.



Xəbəri paylaş

113 dəfə oxunub.

Digər xəbərlər
20-09-2021, 23:49 Tvitterdə problem yaranıb