Tarix: 16-09-2024 | Saat: 16:46
Bölmə:Karusel / Qarabağ | çapa göndər
Azərbaycanın mədəniyyət paytaxtında Meksika Müstəqilliyinin 214-cü ildönümü qeyd olunub. Sentyabrın 4-də Şuşa şəhərində Meksikanın Müstəqilliyi Günü şərəfinə təntənəli mərasim keçirilib.
Meksika səfirliyindən Qarabaqinfo.az-a verilən xəbərə görə, mərasimdə Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov və Meksikanın Azərbaycandakı səfiri Viktoriya Romero çıxış ediblər.
İki ölkə və iki xalq arasında dostluq, həmçinin münasibətlərin inkişafı və çoxsaylı sahələrdə əlaqələrin dinamikası qeyd olundu. Eyni zamanda, ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əməkdaşlığın rolu vurğulanıb.
Səfir Romero qeyd edib ki, Meksika ilə Azərbaycan arasında məsafəyə baxmayaraq, hər iki ölkə arasında bir sıra oxşarlıqlar yer alır: hər iki ölkə əlverişli coğrafi yerləşməyə, təbii sərvətlər və enerji zənginliyi, minilliklərin mədəni irsi, qonaqpərvərliyin qədim ənənəsinə malikdirlər, eyni zamanda mədəniyyətlər və sivilizasiyalararası bağ qismində çıxış edirlər.
Səfir iqtisadi-ticari, mədəni və təhsil əlaqələrinin getdikcə möhkəmlənməsinə dair niyyəti bir daha təsdiqləyib. Bu xüsusda, xalqlarımızın qarşılıqlı yaxınlaşmasında mədəniyyət və idman diplomatiyasının rolunu önə çəkib.
Mərasim çərçivəsində Meksika və Azərbaycan mədəniyyətlərinin sintezi formatında musiqi əsərləri təqdim edilib. Mədəni proqram Şuşa sakinləri tərəfindən isti qarşılanıb.
Səfir Romeronun Şuşaya səfəri çərçivəsində şəhərin görməli yerləri ziyarət olunub.
Digər xəbərlər