Saytımızı qiymətləndirin


 
 

Qarabağda təhsil alacaq şagirdlərin SAYI 
Tarix: 16-09-2024 | Saat: 12:00
Bölmə:Karusel / Təhsil / Qarabağ | çapa göndər

 

Qarabağda təhsil alacaq şagirdlərin SAYI 

 

Xəbər verdiyimiz kimi, bu gün təhsil müəssisələrində yeni tədris ili başlayır.

 

Bəs, görəsən, işğaldan azad edilmiş bölgələrimizdə nə qədər şagird təhsil alacaq?

 

Bununla bağlı AzEdu.az Təhsil Portalı olaraq Qarabağ Regional Təhsil İdarəsi ilə əlaqə saxladıq.

 

İdarədən bildirilib ki, yeni tədris ilində işğaldan azad olunmuş ərazilərdə 960 şagird yerlik Şuşa şəhəri 1 nömrəli, 260 şagird yerlik Xankəndi şəhəri 4 nömrəli, 132 şagird yerlik Xocalı şəhəri 1 nömrəli və 132 şagird yerlik Laçın rayonu Sus kənd tam orta məktəbi də fəaliyyətə başlayır.

 

İşğaldan azad edilmiş ərazilərdə fəaliyyətə başlayan məktəblərdə təhsil alacaq şagird sayını təqdim edirik:

 

Şuşa şəhəri 1 nömrəli tam orta məktəb: heyət - 22 nəfər, şagird sayı- məktəbəhazırlıq (18 nəfər),  I sinif (13 nəfər), II-XI (88 nəfər);

 

Xocalı şəhəri 1 nömrəli tam orta məktəb: heyət - 16 nəfər, şagird sayı- məktəbəhazırlıq (5 nəfər), I sinif (8 nəfər), II-XI (21 nəfər);

 

Xankəndi şəhəri 4 nömrəli tam orta məktəb: heyət - 28 nəfər, şagird sayı- məktəbəhazırlıq (29 nəfər), I sinif (34 nəfər), II-XI (234 nəfər);

 

Laçın rayonu Sus kənd tam orta məktəbi: heyət - 14 nəfər, şagird sayı- məktəbəhazırlıq (1 nəfər), I sinif (yoxdur), II-XI (17 nəfər).

 

Şuşa şəhəri 1 nömrəli tam orta məktəb

960 şagird yerlik üçmərtəbəli bina beş blokdan ibarətdir. Burada hər biri 24 nəfərlik 40 sinif otağı, 2 fizika, 2 kimya, 2 biologiya, 2 texnologiya, 2 informatika otağı, STEAM mərkəzi, kitabxana, oxu zalı, gənclərin ibtidai hərbi hazırlığı, rəssamlıq və musiqi kabinetləri, yeməkxana, akt və idman zalları, tibb, müayinə və inzibati heyət üçün iş otaqları var. Məktəb üçün ayrılan ərazidə futbol meydançası və digər zəruri yardımçı binaların inşa olunub.

Hazırda 92 nəfər şagird məktəbə yerdəyişmə və qəbul edilib. Onlardan 9-u 1-ci sinif, 17-i məktəbə hazırlıq qrupudur.

Xankəndi şəhəri 4 nömrəli tam orta məktəb

Xankəndi şəhərində təmir bərpa işləri davam etdirilən 624 yerlik məktəb binasında 15 sentyabr 2024-cü il tarixindən tədris prosesinin başlanılması nəzərdə tutulmuşdur.

Məktəb üçün ayrılan ərazidə 11 sinif otağı, laboratoriya, texnologiya, informatika, GÇQH kabinetləri, 137 nəfərlik akt zalı, idman zalı, kitabxana və yeməkxana ilə təchiz edilmiş  məktəb binası təmir edilmiş, istifadəyə hazır vəziyyətə gətirilmişdir.

Hazırda 220 nəfər şagird məktəbə yerdəyişmə və qəbul edilib. Onlardan 9-u 1-ci sinif, 5-i məktəbə hazırlıq qrupudur.

Xocalı şəhəri 1 nömrəli tam orta məktəb

Xocalı şəhəri 1 nömrəli tam orta məktəb 132 şagird yerlikdir. Məktəbdə STEAM mərkəzi, kitabxana, oxu zalı, gənclərin ibtidai hərbi hazırlığı, rəssamlıq və musiqi kabinetləri, yeməkxana, akt və idman zalları, tibb, müayinə və inzibati heyət üçün iş otaqları var. Məktəb üçün ayrılan ərazidə futbol meydançası və digər zəruri yardımçı binaların inşa olunub.

Hazırda 24 nəfər şagird məktəbə yerdəyişmə və qəbul edilib. Onlardan 1 nəfər 1-ci sinifdə təhsil alacaqdır.



Xəbəri paylaş

90 dəfə oxunub.

Digər xəbərlər