Saytımızı qiymətləndirin


 
 

Sərhəddə sükut pozuldu: Ermənistanı təxribata İran təşviq edir?
Tarix: 12-09-2024 | Saat: 11:32
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Sərhəddə sükut pozuldu: Ermənistanı təxribata İran təşviq edir?

Ermənistan son günlər Naxçıvan istiqamətində təxribata əl atır və mövqelərimizə atəş açır. Ermənistanın bu təxribatları Zəngəzur dəhlizinin intensiv şəkildə gündəmə gəldiyi bir vaxta təsadüf edir.

 

Qeyd edək ki, İran və Rusiya arasında Zəngəzur dəhlizi ilə bağlı mübahisə yaranıb. Moskva dəhlizin açılmasını tələb edir, Tehran buna qarşı çıxır. 

 

Məsələ ilə bağlı Qarabaqinfo.az-a danışan sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, Ermənistan tərəfindən mövqelərimizin atəşə tutulmasında iki məsələ diqqəti cəlb edir:

 

"Ermənistanda güc strukturlarında Paşinyana müxalif qüvvələr var. Onların addımları Paşinyan üçün hansısa problemlərin yaradılmasına hesablanır. Ona qarşı bu və ya digər şəkildə təzyiqlər yaradırlar.  Keşiş tərəfindən başladılan etiraz aksiyalarına yay mövsümü ilə əlaqədar fasilə verilmişdi. Etirazçılar bəyam ediblər ki, payızda etiraz aksiyalarına davam ediləcək. Digər yandan Ermənistana sentyabrın 26-da Fransa Prezidentinin səfəri gözlənilir. Səfər ərəfəsində gərginlik adı ilə Fransanın onlara hərbi baxımdan köməklik göstərməsini istəyəcəklər. Gərginlik ab-havası yaratmaq üçün Ermənilər daim təxribatlara əl atırlar".

T. Zülfüqarov İranın Zəngəzur dəhlizi ilə bağlı mövqeyindən də danışıb:

 

"İranın Zəngəzur dəhlizi ilə bağlı etirazlarının kimə qarşı olduğu bilinmir. Rusiyaya qarşı fikirlər səsələndirirlər, amma eyni zamanda NATO dəhlizinin yaranmasına biz etiraz edirik deyirlər. Onlar yaxşı başa düşürlər ki, Qərbin mövqeyi də Zəngəzur dəhlizinin açılması istiqamətindədir. Bunu açıq şəkildə ABŞ dövlət katibinin  yardımçısı Obrayn Ermənistanda elan edib. Burada digər səbəblər də var. Bir ay öncə İran rəhbərliyi  İsraildən qisas alacaqları ilə bağlı çoxlu sayda bəyanatlar verirdi. Mövzu, demək olar ki, gündəmdən çıxdı. Gündəmə gətirməyə birdən-birə Zəngəzur dəhlizi yadlarına düşdü. Hesab edirəm ki, burada İranın mövqeyi məntiqdən uzaqdır. Çünki deyirlər ki, xarici qüvvələr kommunikasiyalara nəzarət etməsinlər. Bəs bunların xəbərləri yoxdur ki, 1992-ci ildən artıq ruslar ordadır. Rus sərhədçiləri 30 ildən çoxdur ki, onlarla qarşı-qarşıya dayanırlar. İndi bu mövzuya etiraz etmək nəinki, məntiqdən, ağıldan da uzaqdır. Hesab edirəm ki, bu təbliğat dalğasıdır və müvəqqətidir. İranın daxildə gedən çəkişmələrə görə hansısa  şəkildə xarici mövzuları istifadə etmək cəhdidir. Danışırlar danışsınlar da. İranın daxilində probleməri var. İnanmıram ki, bu problemləri həll etməyincə İran digər hansısa istiqamətdə addımlar atsın".



Xəbəri paylaş

55 dəfə oxunub.

Digər xəbərlər