Ermənistanda artıq türk dilində verilişlər və mahnılar yayımlanmağa başladı...
Tarix: 11-05-2021 | Saat: 12:12
Bölmə:Karusel / Region | çapa göndər
1368 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 11-05-2021 | Saat: 12:12
Bölmə:Karusel / Region | çapa göndər

Rəsmi qurumlardan bunun normal olduğu bildirilib...
“Hazırda Ermənistandakı FM radio proqramları 88.8 MHz tezliyində türk dilində verilişlər və mahnılar yayımlayır”
Qarabaginfo.az xəbər verir ki, bu haqda yazan "Johovurd" qəzetinin əməkdaşı bunun necə mümkün olduğunu anlamaq üçün Ermənistan Milli Təhlükəsizlik Xidməti(MTX) və Yüksək Texnologiyalar Nazirliyi ilə əlaqə saxlayıb.
MTX-dən əvvəllər erməni verilişləri və mahnıları yayımlanan dalğada indi türkcə proqramların yayımlanmasının səbəbini belə izah ediblər:
"Bu radio kanalının Ermənistan Respublikası ərazisində yayılması onun yayımçılarının gücü və ərazisi ilə şərtlənir. Və eyni şəkildə erməni radio kanalları da Ermənistan Respublikası ilə həmsərhəd olan türk şəhərlərində yayımlanır" (Moderator.az)
Eyni zamanda MTX nümayəndələri jurnalistlərə daha ətraflı məlumat üçün Yüksək Texnologiyalar Sənayesi Nazirliyi ilə əlaqə saxlamağı da tövsiyə ediblər. Nazirlikdən erməni qəzetinin sualına cavab olaraq bunlar deyilib:
“8 aprel tarixində yayımın Türkiyənin İğdır şəhərində fəaliyyət göstərən bir radio yayım şirkəti tərəfindən aparıldığı məlum olub. Radio yayımlarının radio kanalları vasitəsi ilə ötürülməsi və radio kanallarının sərhəd və dövlətləri tanımaması nəzərə alınaraq digər ölkələrin radio sistemlərinə müdaxilə etməmələri şərtiylə radio frekanslarının ayrılması dövlətlərdən gələn müraciətlərə əsaslanır".
“Eyni zamanda nazirlik rəsmiləri Türkiyə radiosunun yayımlanmasının Ermənistanda heç bir radio yayım cihazının işinə mane olmadığını vurğulayıblar. Başqa sözlə, nazirlik ölkədə türk dilində proqramların istifadəyə verilməsi normaldır və belə də qalacaq"- deyə erməni qəzeti yazır.
Xəbəri paylaş
Digər xəbərlər
21-06-2022, 11:40
İlham Əliyevin Özbəkistana səfəri başladı
11-04-2022, 15:16
“Vilyam Hacıyevə 1 milyondan artıq rüşvət vermişəm” - Şirkət rəhbəri
21-02-2024, 17:12
Prezident yeni icra başçısı təyin etdi
23-01-2022, 08:08
Bayden Ukraynadakı vəziyyəti köməkçiləri ilə müzakirə edib
27-11-2021, 11:51
30 minə yaxın şəxsə əks-göstəriş sertifikatı verilib
7-01-2023, 12:03
Azərbaycanda 21 yaşlı qız itkin düşdü
8-04-2022, 10:33
“Kənar şəxslər məktəblərdə şagirdlərə narkotik satır” - Şok iddia
8-11-2021, 22:52
“Qarabağda erməni silahlıları tam məhv olacaqdı, noyabrın 13-nə kimi...” - Kuznetsov elə detalları açıqladı ki...
30-03-2022, 23:30
Avropa İttifaqı Azərbaycan və Ermənistan liderləri ilə görüş keçirəcək
26-08-2024, 15:28
Bu il Azərbaycanın BRİCS ölkələri ilə ticarət dövriyyəsi 6 mlrd. dollara yaxınlaşıb






" style="width: 670px; height: 340px;">









