Saytımızı qiymətləndirin


 
 

Kərim Xan Putinin hərbi cinayətlərə görə mühakimə olunacağına inandığını deyib
Tarix: 06-09-2024 | Saat: 16:22
Bölmə:Karusel / Dünya | çapa göndər

“Rusiya prezidenti Vladimir Putinin nə vaxtsa Ukraynada hərbi cinayətlərə görə mühakimə olunacağına inanırsınızmı?”.

Qarabaginfo.az xəbər verir ki, bu sual BCM-nin prokuroru Kərim Xana ünvanlanıb.

Suala cavabında prokuror buna inandığını bildirib: “Tribunal Yuqoslaviya prezidenti Slobodan Miloşeviç, bundan başqa, Karaciç və Mladiçin həbsinə order verilməsini istəyəndə insanlar gülürdülər. Tarix göstərdi ki, keçmişdə öz ölkələrində və regionda böyük gücə malik olan bu insanlar müttəhimlər kürsüsündə əyləşdilər”.

Prokurorun sözlərinə görə, kimsə hüdudsuz səlahiyyətdən istifadə edərək istədiyini edirsə, onun manevr imkanları daralır.

Qeyd edək ki, BCM 2023-cü ilin martında Putinin həbsinə order verib. Rusiya prezidentimüharibə cinayətində şübhəli bilinir.



Xəbəri paylaş

55 dəfə oxunub.

Digər xəbərlər