Tarix: 22-12-2021 | Saat: 11:06
Bölmə:Karusel / Gündəm | çapa göndər
Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının iclası keçirilib.
Qarabaqinfo.az xəbər verir ki, iclasda Müşahidə Şurasının sədri, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Şuranın üzvləri — Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Milli Məclisin deputatı Fatma Yıldırım, İqtisad Universitetinin rektoru Ədalət Muradov, Dillər Universitetinin rektoru Kamal Abdulla, Xalq artisti Alim Qasımov və eyni zamanda Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev iştirak ediblər.
Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev Müşahidə Şurasına gündəlikdə duran məsələlər barədə ətraflı məlumatı təqdim edib.
İclas iştirakçıları “Qarabağ Dirçəliş Fondunun fəaliyyətinin strateji istiqamətləri (2022-2025)”, “2022-ci il üzrə fandreyzinq və kommunikasiya planı”, “Qrantın verilməsi qaydaları”, “Fondun fəaliyyətinin standartları siyasəti”nin təsdiqi və Qarabağ Dirçəliş Fondunun kənar auditorunun seçilməsi kimi məsələlər barədə geniş müzakirələr aparıb.
İclasın yekununda yuxarıda qeyd olunan sənədlər Müşahidə Şurası tərəfindən təsdiqlənib.
edək ki, Müşahidə Şurası tərəfindən bir neçə auditor şirkətinin təklifləri nəzərdən keçirilib və PwC şirkəti Fondun kənar auditoru kimi təsdiq olunub.
Görüşün sonunda Müşahidə Şurası Fondun gördüyü işlər və fəaliyyət istiqamətləri barədə razılıqlarını ifadə edərək, iclasda təqdim olunan digər məsələlərin növbəti iclasda müzakirəsi üçün müvafiq tapşırıqlar verib.
Digər xəbərlər