Saytımızı qiymətləndirin


 
 

Sərvər yardım təklifindən imtina etdi
Tarix: 17-02-2023 | Saat: 17:20
Bölmə:Karusel / Gündəm | çapa göndər

Sərvər yardım təklifindən imtina etdi

Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev Türkiyəyə köhnə maşınında yardım aparan Sərvər Bəşirli haqqında danışıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə o, “Facebook” hesabında paylaşım edib.

Səfir S. Bəşirlinin avtomobillə yardım apararkən çəkilən fotosunu paylaşaraq qeyd edib ki, həmin foto Bosniya saytlarında yayılandan sonra bir nəfər boşnak iş adamı səfirliyə zəng vurub Sərvərə yardım göstərmək istədiyini bildirib:

“Əlaqə yaradıldı, amma soydaşımız hər hansı yardımdan boyun qaçırdı. Və təbii ki, düz etdi. Bildiyim qədər, çoxlu yardım, hədiyyə və s. təklifləri olur. Bəlkə sadəcə imtina yox, onları zəlzələ bölgəsinə yönləndirmək daha düzgün addım olardı? Hətta bir fond yaratmaq…” – deyə V. Quliyev yazıb.



Xəbəri paylaş

1107 dəfə oxunub.

Digər xəbərlər