Saytımızı qiymətləndirin


 
 

Durovun həbsi “Telegram”ın kriptovalyutasını çökdürdü- Rekord UCUZLAŞMA
Tarix: 03-09-2024 | Saat: 13:19
Bölmə:Karusel / Dünya | çapa göndər

“Telegram” messencerinin kriptovalyutası TON biznesmen Pavel Durovun həbsindən 10 gün sonra 94 faizdən çox ucuzlaşıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Binance” məlumatları göstərir.

Beləliklə, TON-un dəyəri 5,27 dollardan 30 sentə qədər azalıb.

“Bloomberg” “Telegram”ın yaradıcısı Durovun həbsinin kriptovalyutalar üçün “qara qu quşu” olduğunu yazıb.

Agentliyin məlumatına görə, sahibkarın həbsi bəzi investorların messencerlə əlaqəli rəqəmsal tokenə sərmayə qoyduğu sektorda ajiotaj yaradıb. İnvestorlar tətbiqin “Tonkoin” (TON) şəbəkəsinin qəbulunu təşviq edəcəyinə inanırdılar.



Xəbəri paylaş

39 dəfə oxunub.

Digər xəbərlər