Saytımızı qiymətləndirin


 
 

MSK: Saat 15:00-a qədər respublika üzrə seçici fəallığı 29.49 faiz olub 
Tarix: 01-09-2024 | Saat: 15:41
Bölmə:Karusel / Siyasət | çapa göndər

MSK: Saat 15:00-a qədər respublika üzrə seçici fəallığı 29.49 faiz olub - YENİLƏNİB-1

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı səsvermə prosesində saat 15:00-a olan seçici fəallığını açıqlayıb.

Qarabaginfo.az xəbər verirb ki, MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, saat 15.00-a qədər respublika üzrə 1893555 nəfər səs verib, seçici fəallığı 29,49 faiz olub.
Qeyd edək ki, növbədənkənar parlament seçkilərində səsverməyə bu gün saat 08:00-da start verilib. Səsvermə saat 19:00-da başa çatacaq. Bundan əlavə, MSK Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və nəticələri barədə saat 17.00 və saat 19.00-da ilkin məlumatlar veriləcək. Səsvermənin gedişi və nəticələri barədə alınan məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir.
Son məlumata görə, respublika üzrə seçicilərin sayı 6 421 960 nəfərdir.



Xəbəri paylaş

60 dəfə oxunub.

Digər xəbərlər