Tarix: 01-09-2024 | Saat: 13:22
Bölmə:Karusel / Siyasət | çapa göndər
"ATƏT-in Parlament Assambleyası burada 55 nümayəndə və 200 nəfərdən çox qısamüddətli müşahidəçilərlə təmsil olunur".
Qarabaginfo.az xəbər verir ki, bunu Apa-ya açıqlamasında ATƏT-in Müşahidə Missiyasının koordinatoru Maykl Krid bildirib.
O deyib ki, missiyanın müşahidə nəticələri sabahkı mətbuat konfransında elan ediləcək:
“Biz burada olmaqdan məmnunuq. Bizim missiyamız bura Azərbaycan hökumətinin dəvəti ilə gəlib. Müşahidəçilərimiz bugünkü seçki prosesini izləyəcək. Biz burada fantastik günlər keçirdik, bütün siyasi partiyaların, eləcə də vətəndaş cəmiyyətinin, Mərkəzi Seçki Komissiyasının nümayəndələri ilə görüşdük. Bu gün isə əvvəlki görüşlərdə eşitdiklərimizi görmək istəyirik. ATƏT-in Parlament Assambleyası burada 55 nümayəndə ilə təmsil olunub. Ümumilikdə isə ATƏT-dən 200 nəfərdən çox qısamüddətli müşahidəçilərlə təmsil olunuruq. Bu, mənim bu gün olduğum ilk seçki məntəqəsidir və mən bütün seçki prosesini ətraflı müşahidə etmək istəyirəm. Sabah isə biz keçirəcəyimiz mətbuat konfransında nəticələri açıqlayacağıq”.
Digər xəbərlər