Saytımızı qiymətləndirin


 
 

Rəhman Hacıyev: ““Qarabağ Mərkəzi” layihəsi Qarabağa vurulmuş zərərin həcmini dünyaya çatdırmaq üçün yaradılıb"
Tarix: 30-06-2021 | Saat: 12:15
Bölmə:Karusel / Gündəm / Qarabağ | çapa göndər

 

Rəhman Hacıyev qarşıdakı vəzifələrin həlli üçün əlindən gələni edəcəyinə söz verib | Report.az

“2020-ci il bütün dünya üçün çox çətin il oldu. Dünya pandemiya şəraitində yaşadı, biz də həmçinin... Və ötən ilin sonunda müstəqil Azərbaycan olaraq ən böyük sınaqdan, imtahandan uğurla keçmiş olduq”.

Qarabaqinfo.az-nın məlumatına görə, bunu “Karabakh.Center” internet resursunun təqdimat mərasimində Qarabağ Dirçəliş Fondu İdarə Heyətinin sədri Rəhman Hacıyev deyib.

R. Hacıyev bildirib ki, Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli ordumuz düşmən üzərində qələbə qazanıb, 30 il işğal altında olan torpaqları işğaldan azad edilib: “Biz birləşərək bütün dünyaya mesaj göndərmişik: istənilən problemi birləşərək həll etməyə qadirik. İşğaldan azad edilmiş Qarabağda dağıntıların miqdarı həddindən artıq böyükdür. Bizim “Qarabağ Mərkəzi” adlanan bu layihə də dünya ictimaiyyətinə bu zərərin həcmini çatdırmaq üçün yaradılıb. Prezident İlham Əliyevin 2030-cu ilə qədər sosial-iqtisadi inkişafla bağlı sənəddə nəzərdə tutulan 5 əsas prioritetdən biri də Böyük Qayıdışdır. Biz həmin həmrəyliyin nümayişi olan platformayıq”.



Xəbəri paylaş

1360 dəfə oxunub.

Digər xəbərlər