Saytımızı qiymətləndirin


 
 

Makron: Serbiya Aİ-yə üzv olmağa maraq göstərmir
Tarix: 29-08-2024 | Saat: 17:05
Bölmə:Karusel / Siyasət | çapa göndər

Fransa prezidenti Emmanuel Makron

 

“Serbiya müstəqilliyinə təhdid yaradacağından çəkinərək, Avropa İttifaqına üzv olmağa maraq göstərmir”.

Qarabaginfo.az “Politico”ya istinadən xəbərinə görə, bunu Fransa prezidenti Emmanuel Makron bu ölkəyə baş tutacaq səfər öncəsi Serbiya mediasına bildirib.

Serbiya mətbuatında dərc olunan müraciət xarakterli məktubda qeyd olunub ki, ölkənin hakimiyyətində Avropa İttifaqına etimadsızlıq, eləcə də qurumun tərkibinə daxil olmanın uğursuzluqla nəticələnəcəyinə dair şübhələr var.

O eyni zamanda Kosovo probleminin həlli yollarına da toxunub:

“Bizim təklif etdiyimiz normallaşma üsulu aktuallığını qorumaqla yanaşı, həm də serblərin Kosovo ərazisində qanunlara hörmət prinsipi əsasında yaşamasını özündə ehtiva edir. 2019-cu ildə reallaşan səfərimdən sonra münasibətlərimiz daha da inkişaf edib”.



Xəbəri paylaş

174 dəfə oxunub.

Digər xəbərlər