Saytımızı qiymətləndirin


 
 

Vakant vəzifələrə işə qəbulla bağlı müsabiqənin nəticələri açıqlanıb
Tarix: 29-08-2024 | Saat: 15:42
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ötən ilin noyabr ayında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən Dövlət İmtahan Mərkəzi ilə birlikdə vakant vəzifələrə işə qəbulla bağlı test imtahanı keçirilib.

DVX-dən  bildirilib ki, test imtahanında, ümumilikdə, 2392 nəfər iştirak edib, onlardan 616 namizəd 70 və daha yüksək bal toplamaqla müsabiqə şərtlərini ödəyərək, ikinci mərhələyə – müsahibəyə buraxılıb.

Müsabiqənin digər ixtisas sahələri üzrə ikinci mərhələsində iştirak edən daha bir qrup namizədlə bağlı yekun nəticələr açıqlanıb. Bu mərhələdə iştirak etmiş 95 namizəddən 67-si müsabiqəni uğurla başa vurub.

Uğur qazanan namizədlər DVX-nin kadr ehtiyatı bazasına daxil edilərək vakant vəzifələrə təyin olunacaqlar. Müsabiqənin nəticələri barədə ətraflı məlumatla aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:

https://www.taxes.gov.az/az/post/3495

Qeyd edək ki, müsahibələr mərhələli şəkildə keçirilir və başa çatdıqdan sonra nəticələri elan olunur.



Xəbəri paylaş

46 dəfə oxunub.

Digər xəbərlər