Saytımızı qiymətləndirin


 
 

Rusiyanın zərbəsindən Kiyev su elektrik stansiyası sıradan çıxıb –Şəhər işıqsız qalıb
Tarix: 26-08-2024 | Saat: 15:34
Bölmə:Karusel / Region | çapa göndər

Rusiya Silhalı Qüvvələrinin bu gün Ukraynanın enerji obyektlərinə zərbələr endirib.

Qarabaginfo.az bildirir ki, səhər saatlarında partlayışlar nəticəsində Vışqoroddakı Kiyev su elektrik stansiyasına ciddi ziyan dəyib və sıradan çıxıb.

Nəticədə Kiyev qismən işıqsız qalıb, şəhərdə su təchizatı isə demək olar ki, tamamilə dayanıb.

Su elektrik bəndinin yoluna və stansiyanın turbin otağına ziyan dəyib. Anbar hər iki istiqamətdə müvəqqəti bağlanıb.

Rusiya Silahlı Qüvvələri Ukrayna enerjisi ilə bağlı obyektlərə hücum edib. Bundan əvvəl Poltava vilayətindəki sənaye obyekti, Rivne və Odessadakı yarımstansiyalar, Lutskda enerji infrastrukturu zərər çəkmişdi.



Xəbəri paylaş

146 dəfə oxunub.

Digər xəbərlər