Tarix: 26-08-2024 | Saat: 13:17
Bölmə:Karusel / Dünya | çapa göndər
Dünya əhalisinin sayı 8,04 milyarda çatıb.
Qarabaginfo.az modern.az-a istinadən xəbər verir ki, bu məlumatın mənbəyi kimi “New England Journal Of Medicine” jurnalı göstərilib.
Jurnalın həmin məlumatından maraqlı faktları diqqətinizə çatdırırıq:
8 milyard insandan
- 11%-i Avropada,
- 5%-i Şimali Amerikada,
- 9%-i Cənubi Amerikada,
- 15%-i Afrikada,
- 60%-i Asiyada yaşayır.
Dünya əhalisinin 49%-i kəndlərdə, 51%-i şəhərlərdə yaşayır.
8 milyard insandan
- 12%-i Çin,
- 5%-i ispan,
- 5%-i ingilis,
- 3%-i ərəb,
- 3%-i hind,
- 3%-i benqal,
- 3%-i portuqal,
- 2%-i rus,
- 2%-i yapon dilində danışır.
Dünya əhalisinin 62%-i öz dilində danışır.
8 milyard insandan
- 77%-i ev sahibidir.
- 23%-nin yaşamağa yeri yoxdur.
- 25%-i qidalanmadan əziyyət çəkir.
- 87%-nin təmiz içməli suyu var.
- 75%-nin mobil telefonu var.
- 30%-nin internetə çıxışı var.
- 7%-nin ali təhsili var.
- 83%-i oxuma-yazma bilir.
8 milyard insandan
- 33%-i xristian,
- 22%-i müsəlman,
- 14%-i hind,
- 7%-i buddizm dininə sitayiş edir.
- 12% digər dinlərə inanır,
- 12%-nin isə dini inancı yoxdur.
Dünyada insanların
- 26%-i 15 yaşına çatmadan ölür.
- 66%-i 15-64 yaş aralığında ölür.
- insanların yalnız 8%-i 65 və daha yuxarı yaşda yaşayır.
Digər xəbərlər