Saytımızı qiymətləndirin


 
 

“İsrail mütələq cavab alacaq” –İranın yeni XİN başçısı
Tarix: 26-08-2024 | Saat: 12:46
Bölmə:Karusel / Dünya | çapa göndər

“İsrail HƏMAS-ın rəhbəri İsmayıl Haniyənin Tehranda qətlə yetirilməsinə görə İrandan mütləq cavab alacaq”.

Qarabaginfo.az bildirir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi italiyalı həmkarı Antonio Tajani ilə telefon danışığında bildirib.

“İranın Tehrandakı terror aktına cavabı qaçılmaz, dəqiq və düşünülmüş olacaq. İran gərginliyi artırmağa çalışmır, baxmayaraq ki, bundan qorxmur”, – deyə Əraqçi Xarici İşlər Nazirliyinin bəyanatında bildirib.

Tajani öz növbəsində bütün tərəflərdən təmkinli olmağı tələb edib və Yaxın Şərqdə artan qeyri-sabitlikdən narahatlığını bildirib.



Xəbəri paylaş

166 dəfə oxunub.

Digər xəbərlər