Tarix: 18-05-2026 | Saat: 17:14
Bölmə:Karusel / Siyasət | çapa göndər
Rusiyanın Ukraynaya qarşı müharibəsi nəticəsində ölkənin mənzil sektoruna dəyən birbaşa zərərin həcmi 60 milyard ABŞ dollarını ötüb.
Qarabaginfo.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan liderlər sessiyasında Ukraynanın Baş nazirinin müavini Oleksii Kuleba bildirib.
Onun sözlərinə görə, mənzil fondunun bərpası üçün tələb olunan vəsait 88 milyard ABŞ dolları səviyyəsində qiymətləndirilir.
“Mənzil sektoruna dəyən zərər 60 milyard ABŞ dollarından çoxdur, bərpa ehtiyacları isə 88 milyard ABŞ dolları təşkil edir”, – deyə Aleksey Kuleba qeyd edib.
Baş nazirin müavini bildirib ki, Ukraynanın infrastruktur sektorlarına ümumilikdə dəyən zərərin həcmi 195 milyard ABŞ dollarını ötür.
O vurğulayıb ki, Ukrayna dörd ildən artıqdır davam edən tammiqyaslı müharibə şəraitində insanlarını, mənzil fondunu, sənaye aktivlərini, enerji güclərini və insan kapitalını itirir.
Aleksey Kuleba forumun təşkilinə görə Azərbaycan hökumətinə və BMT-Habitat təşkilatına təşəkkür edib.
Digər xəbərlər


















