Saytımızı qiymətləndirin


 
 

Qallant: İsraildə 48 saat ərzində “xüsusi vəziyyət” rejimi tətbiq edilib
Tarix: 25-08-2024 | Saat: 16:23
Bölmə:Karusel / Dünya | çapa göndər

Yoav Qalant

 

İsrailin müdafiə naziri Yoav Qallant bildirib ki, İsraildə 48 saat ərzində “xüsusi vəziyyət” rejimi tətbiq edilib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Times of Israel məlumat yayıb.

Bu rejim fövqəladə hallarda hakimiyyətin müdafiəni gücləndirmək üçün səlahiyyətlərini genişləndirir.

Qallant bildirib ki, İsrail hərbçiləri Fuad Şükrün məhv edilməsinə cavab olaraq Hizbullahın planlaşdırdığı raket zərbəsinin qarşısını alıb. Buna cavab olaraq İsrail qırıcıları Livanın cənubundakı hədəflərə 40-a yaxın zərbə endirib.

Qeyd edək ki, səhər saatlarında İsrailin şimalında “Hizbullah”ın hücumu başlayıb, sirenlər səslənib, hava hücumundan müdafiə aktivləşdirilib. Tibbi xidmətlər xüsusi rejim vəziyyətindədir. Ben Qurion hava limanı müvəqqəti olaraq fəaliyyətini dayandırıb.



Xəbəri paylaş

40 dəfə oxunub.

Digər xəbərlər