Saytımızı qiymətləndirin


 
 

Sanitariya-gigiyena qaydaları ilə bağlı tədbirlər gücləndirilib
Tarix: 23-08-2024 | Saat: 17:44
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Sanitariya-gigiyena qaydaları ilə bağlı tədbirlər gücləndirilib

Polis sanitariya-gigiyena qaydalarına riayət olunması istiqamətində profilaktiki tədbirləri gücləndirib.

Bu barədə Qarabaginfo.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, DİN-in və aidiyyəti dövlət qurumları ilə birgə respublikanın şəhər və rayonlarında, meşə, park, müalicə-sağlamlıq, turizm zonalarının ərazilərində, Xəzər dənizinin sahil zolağında, çimərliklərdə məişət tullantılarının tutumundan (urnalardan) kənar yerlərə atılması, sənaye və məişət tullantılarının qalaqlanması, su obyektlərinin çirklənməsi və zibillənməsi hallarının qarşısının alınması məqsədilə gündəlik olaraq nəzarət-profilaktiki tədbirləri davam etdirir.

Qeyd olunub ki, tədbirlər zamanı İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl etməməsi) və 266.3-cü (məişət tullantılarının tutumlardan (urnalardan) kənara atılması) maddələrinin tələblərinə əməl etməyən fiziki, hüquqi və vəzifəli şəxs müəyyən edilərək barələrində müvafiq tədbirlər görülməsi diqqətdə saxlanılır.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

 



Xəbəri paylaş

91 dəfə oxunub.

Digər xəbərlər