Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda könüllü sığorta 12%, icbari sığorta isə 3% artıb
Tarix: 21-08-2024 | Saat: 15:57
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Azərbaycanda könüllü sığorta 12%, icbari sığorta isə 3% artıb

2024-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycanda könüllü sığorta növləri üzrə 624 milyon 107 min manat, icbari sığorta növləri üzrə 209 milyon 473 min manat sığorta haqqı toplanılıb.

Qarabaginfo.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2023-cü ilin yanvar-iyul ayları ilə müqayisədə könüllü sığorta növləri üzrə toplanan sığorta haqqları 11.6% və ya 64 milyon 820 min manat, icbari sığorta növləri üzrə sığorta daxil olmaları isə 3.4% və ya 6 milyon 959 min manat artıb.

Qeyd edək ki, hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği 65.7% artaraq 366 milyon 813 min manat, icbari sığorta növləri üzrə ödənişlərin həcmi isə 19% artaraq 73 milyon 378 min manata bərabər olub.

Beləliklə, cari ilin yanvar-iyul aylarında könüllü sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqından 58.8 manat sığorta ödənişi edilib. Bu rəqəm 2023-cü ilin ilk 7 ayında 39.6 manata bərabər olub. Bu ilin yanvar-iyul ayları ərzində icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 35 manat təşkil edib ki, bu göstərici ötən ilin ilk 7 ayında 30.4 manata bərabər idi.



Xəbəri paylaş

52 dəfə oxunub.

Digər xəbərlər