Tarix: 21-08-2024 | Saat: 11:38
Bölmə:Karusel / Qarabağ / İqtisadiyyat | çapa göndər
2024-cü ilin I yarımilində işğaldan azad edilmiş rayonlarda 840 yeni iş yeri yaradılıb.
Qarabaginfo.azxəbər verir ki, Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 42% artıb. Belə ki, 2023-cü ilin I yarımilində işğaldan azad edilmiş rayonlarda 593 yeni iş yerləri yaradılıb.
Qeyd edək ki, cari ilin yanvar-iyun ayları ərzində ən çox yeni iş yeri Laçın və Şuşada yaradılıb. Belə ki, hesabat dövründə Laçında 299, Şuşada isə 232 yeni iş yeriləri yaradılıb.
Xatırladaq ki, hesabat dövründə azad edilmiş rayonlarda 159 yeni müəssisə və təşkilat, 1726 yeni fərdi sahibkarlıq subyekti dövlət qeydiyyatından keçib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə yeni yaradılmış müəssisə və təşkilatların sayı 90, fərdi sahibkarların sayı isə 488 vahid artıb.
Aşağıdakı cədvəldə 2024-cü ilin I yarımilində yeni yaradılmış iş yerlərinin, fərdi sahibkarlıq subyektlərinin və müəssisələrin sayı verilib.
Azad edilmiş rayonlar | Yeni yaradılmış iş yerləri, təşkilat və fərdi sahibkarların sayı | ||
İş yerlərinin sayı | təşkilatların sayı | Fərdi sahibkarın sayı | |
Ağdam | 103 | 24 | 524 |
Füzuli | 37 | 19 | 371 |
Xocavənd | 14 | 2 | 29 |
Şuşa | 232 | 13 | 61 |
Cəbrayıl | 38 | 27 | 132 |
Kəlbəcər | 42 | 7 | 229 |
Qubadlı | 24 | 7 | 80 |
Laçın | 299 | 19 | 195 |
Zəngilan | 29 | 11 | 60 |
Xocalı | 3 | 11 | 42 |
Xankəndi | 15 | 18 | 3 |
Ağdarə | 4 | 1 | 0 |
Digər xəbərlər