Rusiya prezidenti Vladimir Putin avqustun 18-19-da dövlət səfərində olacaq Bakıya gəlib.
Rusiya liderinin cədvəlindəki əsas rəsmi və işgüzar tədbirlər avqustun 19-na planlaşdırılıb.
TASS xəbər verir ki, Rusiya prezidenti ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyacaq, Şəhidlər Xiyabanını ziyarət edəcək.
Putinin səfər proqramı prezident İlham Əliyevlə rəsmi görüş mərasimi ilə başlayacaq.
Onların əvvəlcə təkbətək görüşəcək, daha sonra danışıqların geniş tərkibdə davam etdirilməsi planlaşdırılır.
Danışıqların iki raundu nəticəsində liderlərin birgə bəyanatı qəbul ediləcək, bir sıra hökumətlərarası və digər sənədlər imzalanacaq.