Saytımızı qiymətləndirin


 
 

Türkiyənin 7 vilayətində meşə yanğınları ilə bağlı 9 nəfər həbs edilib
Tarix: 19-08-2024 | Saat: 07:31
Bölmə:Karusel / Region | çapa göndər

Türkiyənin 7 vilayətində meşə yanğınları ilə bağlı 9 nəfər həbs edilib

12-17 avqust tarixləri arasında Türkiyənin 7 vilayətində baş verən meşə yanğınları ilə bağlı saxlanılan 22 nəfərdən 9-nun həbs edildiyi bildirilir.

Qarabaginfo.az xəbər verir ki, bu barərə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç məlumat verib.

Ədliyyə naziri Yılmaz Tunç sosial media hesabında 12-17 avqust tarixləri arasında Aydın, Muğla, İzmir, Manisa, Tunceli, Bolu və Uşakda baş verən meşə yanğınları ilə bağlı Respublika Baş Prokurorluğu tərəfindən aparılan araşdırmalar barədə məlumat verib.

Meşə yanğınları ilə bağlı araşdırmaların çox incəliklə aparıldığını vurğulayan Tunç ümumilikdə 22 şübhəlinin saxlanıldığını, şübhəlilərdən 9-unun həbs edildiyini, 5-i barəsində məhkəmə nəzarəti ilə bağlı qərar çıxarıldığını, 1 nəfərin isə azad edildiyini bildirib. Tunç 7 şübhəli haqqında isə araşdırma aparıldığını bildirib.



Xəbəri paylaş

32 dəfə oxunub.

Digər xəbərlər