Tarix: 14-08-2024 | Saat: 09:51
Bölmə:Karusel / Siyasət | çapa göndər
Pakistan hökumətinin başçısı Məhəmməd Şahbaz Şərif bu ilin noyabrında Bakıda keçiriləcək COP29 konfrasında iştirak etmək niyyətindədir.
Qarabaginfo.az xəbər verir ki, bunu adı çəkilən ölkənin Azərbaycandakı səfiri Qasım Mohiuddin jurnalistlərə bildirib.
Səfir vurğulayıb ki, hər iki dövlət yalnız ikitərəfli deyil, eyni zamanda beynəlxalq platformalar çərçivəsində möhkəm əlaqələrə malikdir.
"Ölkələrimiz arasındakı dostluğu çox yüksək qiymətləndirirəm. Yaxın keçmişdə Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə səfərdə olub. Mən inanıram ki, həm sizin dövlətin Pakistandakı diplomatik nümayəndəliyi, həm də biz öz tərəfimizdən iqtisadiyyat, müdafiə, eləcə də təhsil sahəsində əməkdaşlığın, o cümlədən xalqlarımız arasındakı münasibətlərin daha da inkişaf etdirilməsi üçün bütün mümkün vasitələrdən istifadə edəcəyik. Pakistan hər zaman, xüsusilə də Qarabağ məsələsində daim Azərbaycanın yanında olub, haqlı mövqeyini dəstəkləyib".
Digər xəbərlər