Kursk vilayətinin Belovski rayonunun rəhbəri Nikolay Volobuev gərgin vəziyyətlə əlaqədar ərazi sakinlərini ərazini tərk etməyə çağırıb.
“Vəziyyət çox gərgindir. Oboyanski rayonunun Dolqiye Budı kəndi və ya Buşmeno qəsəbəsindəki toplama məntəqəsinə gələn hər kəsdən xahiş olunur: Bütün sakinlər ərazini tərk etsin” deyə sosial şəbəkələrdə yazıb.
Bazar günü Kursk vilayətinin qubernatoru vəzifəsini icra edən Aleksey Smirnov bildirib ki, ötən şənbə Ukraynanın təxribat-kəşfiyyat qrupu (DRQ) Belovski rayonu ərazisinə daxil olub.
Avqustun 11-də Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin Belovski rayonuna keçmək cəhdinin qarşısının alındığını elan edib.