Saytımızı qiymətləndirin


 
 

Tramp Çin lideri Si Cinpini güclü insan adlandırıb
Tarix: 06-08-2024 | Saat: 08:39
Bölmə:Karusel / Dünya | çapa göndər

Tramp Çin lideri Si Cinpini güclü insan adlandırıb

Ağ Evin sabiq rəhbəri və prezidentliyə namizəd Donald Tramp Çin lideri Si Cinpini qüdrətli şəxs adlandırıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"O, güclü adamdır" deyən Tramp Çin liderini çox yaxşı tanıdığını bildirib.

Respublikaçı namizəd qeyd edib ki, o, seçkilərdə qalib gələcəyi təqdirdə Pekinlə münaqişəyə can atmaq niyyətində deyil. O Amerika-Çin münasibətlərini qurarkən ABŞ-ın maraqlarından çıxış etməyi planlaşdırır.

Tramp həmçinin Cinpinin ölkəsini sevdiyini, çox güclü və maraqlı siyasətçi olduğunu vurğulayıb.

Qeyd edək ki, Tramp bundan əvvəl də Vladimir Putin və Si Cinpini çox ağıllı insanlar adlandırmışdı. Tramp qeyd edib ki, onun Rusiya və Çin liderlərini ağıllı adlandırması ABŞ mediasının həqiqətən xoşuna gəlmir, lakin bu, onları daha az ağıllı və ya məkrli etmir.

ABŞ prezidenti Co Bayden sələfi Donald Trampı Rusiya dövlət başçısı Vladimir Putinə heyranlığına görə tənqid edib.



Xəbəri paylaş

44 dəfə oxunub.

Digər xəbərlər