Saytımızı qiymətləndirin


 
 

“İlk zərbəni İsrail vurmağa hazıraşır”- Netanyahu ordu rəhbərliyini topladı
Tarix: 05-08-2024 | Saat: 11:47
Bölmə:Karusel / Dünya | çapa göndər

İsrail HƏMAS siyasi lideri İsmayıl Haniyənin ölümündən sonra ölkə ərazisinə dron və raketlərlə hücum edə biləcək İrana ilk zərbə endirmək imkanını nəzərdən keçirir.

arabaginfo.az xəbər verir ki, məlumatlı mənbələr “Ynet” portalına bildiriblər ki, bu məsələ avqustun 4-də axşam İsrail Baş naziri Benyamin Netanyahu ilə ordu rəhbərliyi və kəşfiyyat xidmətləri arasında keçirilən görüşdə müzakirə olunub.

Görüşdə müdafiə naziri Yoav Qalant, İsrail Ordusunun Baş Qərargah rəisi Herzi Halevi, Mossad kəşfiyyatının rəhbəri David Barnea və Baş Təhlükəsizlik Xidmətinin rəhbəri Ronen Bar da iştirak edib.

“Ynet”in məlumatına görə, əgər Tel-Əvivin əlində Tehrandan hücumun qaçılmaz olduğunu sübut edən kəşfiyyat məlumatları olarsa, ilk olaraq İsrailin İranı vuracağına qərar verilib. Üstəlik, belə bir zərbənin məqsədi Tehranı daha böyük gərginlikdən çəkindirmək olacaq.

Məlumatlı mənbələr “The Times of Israel”ə bildiriblər ki, Tel-Əviv hələlik İran və onun regiondakı müttəfiqlərindən nə gözlədiyini bilmir və buna görə də mümkün hücuma cavab vermək və ya onun qarşısını almaq üçün tədbirlər görmək üçün geniş variantları müzakirə edir.



Xəbəri paylaş

49 dəfə oxunub.

Digər xəbərlər