Ötən gecə Günəşdə güclü partlayış olub.
Qarabaginfo.az xəbər verir ki, bu barədə “Fobos” Hava Mərkəzi məlumat yayıb.
Bu o deməkdir ki, maqnit qasırğası Yerə doğru hərəkət edir və bu, iyulun 30-da maksimuma çatacaq.
O, birbaşa enerji sistemlərinə təsir edə bilər və peyk naviqasiyasında fasilələrə səbəb ola bilər.