Saytımızı qiymətləndirin


 
 

Blinken fransalı həmkarı ilə NATO-nun genişlənməsini müzakirə edib
Tarix: 23-05-2022 | Saat: 08:20
Bölmə:Karusel / Gündəm | çapa göndər

الولايات المتحدة تعترف باتخاذ إجراءات قوّضت النظام الدولي | القدس العربي

ABŞ dövlət katibi Entoni Blinken yeni fransalı həmkarı Ketrin Kolonna ilk telefon danışığında Ukrayna, İsveç və Finlandiyanın NATO-ya üzv olmasına dəstəyi müzakirə ediblər.

Bu barədə Qarabaginfo.az Dövlət Departamentinə istinadən xəbər verir.

Dövlət Departamenti təfərrüatları açıqlamadan əlavə etdi ki, Blinken və Kolonna ABŞ və Fransanın Aİ-yə üzv olmaq hüququ olan ölkələri dəstəkləmək üçün birgə atacağı addımları müzakirə ediblər.

Həmsöhbətlər həmçinin dünyada həssas vəziyyətlərdə olan milyonlarla insanın təcili ərzaq ehtiyaclarına və ərzaq təhlükəsizliyinə cavab vermək zərurəti ilə bağlı razılığa gəliblər.

Blinken və Kolonna həmçinin transmilli korporasiyaların mənfəətinə qlobal verginin tətbiqi ilə bağlı sazişlərin icrasını müzakirə ediblər.



Xəbəri paylaş

1256 dəfə oxunub.

Digər xəbərlər