İsrail və Livan sərhədində vəziyyətin gərginləşməsi HƏMAS-la girovların azad edilməsi və Qəzza zolağında atəşkəsin əldə edilməsinə dair danışıqlara təsir etməyəcək.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
“Biz fikir ayrılıqlarının aradan qaldırıla və həll oluna biləcəyinə inanmağa davam edirik. Bizə kompromis lazımdır, liderlik lazımdır. Diqqətimizi məhz buna yönəldirik”.