Saytımızı qiymətləndirin


 
 

Azərbaycan və Fransa səfirləri mübahisə etdilər: “Ermənilər “yaxşı oğlanlar” olsalar...”
Tarix: 29-07-2024 | Saat: 13:12
Bölmə:Karusel / Siyasət | çapa göndər

Azərbaycan və Fransa səfirləri mübahisə etdilər: “Ermənilər “yaxşı oğlanlar” olsalar...”

 

Xəbər verdiyimiz kimi, Parisdə keçirilən Yay Olimpiadasının açılış mərasimində Fransanın dövlətə məxsus "France2" telekanalının aparıcısı Loran Delausun milli komandaların keçidi zamanı səsləndirdiyi fikirlər böyük qalamaqala səbəb olub.
Fransız teleaparıcı Azərbaycan və Ermənistan idmançılarının keçidi zamanı ayrı-seçkilik edib, Azərbaycanı Ermənistanla hərbi toqquşmalarda günahlandırıb. Erməni idmançılar paraddan keçərkən, o deyib:

“Və təbii ki, bizim dostlarımız ermənilərdir. Ermənistan tarixən fransızların qəlbinə yaxın bir ölkədir. Ötən il Ermənistan üçün matəm ili olub və Qarabağın Azərbaycan ordusunun əlinə keçməsi və itirlməsilə nəticələnib”.

Fransa telekanalının bu təxribatı diplomatlar arasınmda mübahisəyə də səbəb olub.
Qarabaginfo.az xəbər verir ki, Fransanın Ermənistandakı səfiri Olivye Dekotini “X” sosial şəbəkəsiondə “Frans2” telekanalının aparıcısının sözlərini sitat olaraq  paylaşıb.

Azərbaycan Respublikasının Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev isə "X"  sosial şəbəkəsində fransız teleaparıcı və səfirə cavab verib.

“Ermənilər təbii ki, sizin dostlarınızdır. Amma Qarabağın “yıxılması” deyil, onun yeniləşməsi, dirçəlişi başlayır, gözəl perspektivləri açılır. Ermənilər “yaxşı oğlanlar” olsalar, bu perspektivlərdən yararlana biləcəklər”, - deyə azərbaycanlı səfir fransızca onlara cavab yazıb.

Rəhman Mustafayevin reaksiyası Fransanın Ermənistandakı səfiri Olivye Dekotinini özündən çıxarıb.

O, “Qarabağ ermənilərinin öz evlərinə qayıtmaq hüququ var”, - deyə “X” platformasında azərbaycanlı səfirin paylaşımına qarşı qəzəbini ifadə edib.
 

Qeyd edək ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi tərəfindən Beynəlxalq Olimpiya Komitəsinə rəsmi olaraq etiraz məktubu göndərilib. Məktubda qeyd olunub ki, Fransa dövlət telekanalının Azərbaycana qarşı bu cür hörmətsiz münasibəti Olimpiya Xartiyasının açıq-aşkar pozulmasıdır. Bu cür təbliğat oyunların ruhuna zidd olmaqla yanaşı, Azərbaycan və Ermənistan arasında sülh səylərini pozmağa xidmət edir. Buna görə də BOK-dan Paris-2024 Olimpiadası zamanı idmanın siyasiləşdirilməsinə qarşı qəti mövqe göstərilməsi, açıq bəyanat verməklə Fransa Hökumətinə, Fransa Milli Olimpiya və İdman Komitəsinə, eləcə də adıçəkilən telekanala etiraz bildirilməsi xahiş edilib.





Xəbəri paylaş

39 dəfə oxunub.

Digər xəbərlər