Ana Sayfa > Karusel / Siyasət > Azərbaycan və Fransa səfirləri mübahisə etdilər: “Ermənilər “yaxşı oğlanlar” olsalar...”
Azərbaycan və Fransa səfirləri mübahisə etdilər: “Ermənilər “yaxşı oğlanlar” olsalar...”29-07-2024, 13:12. Yazar: Admin |
Xəbər verdiyimiz kimi, Parisdə keçirilən Yay Olimpiadasının açılış mərasimində Fransanın dövlətə məxsus "France2" telekanalının aparıcısı Loran Delausun milli komandaların keçidi zamanı səsləndirdiyi fikirlər böyük qalamaqala səbəb olub. Azərbaycan Respublikasının Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev isə "X" sosial şəbəkəsində fransız teleaparıcı və səfirə cavab verib. Qeyd edək ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi tərəfindən Beynəlxalq Olimpiya Komitəsinə rəsmi olaraq etiraz məktubu göndərilib. Məktubda qeyd olunub ki, Fransa dövlət telekanalının Azərbaycana qarşı bu cür hörmətsiz münasibəti Olimpiya Xartiyasının açıq-aşkar pozulmasıdır. Bu cür təbliğat oyunların ruhuna zidd olmaqla yanaşı, Azərbaycan və Ermənistan arasında sülh səylərini pozmağa xidmət edir. Buna görə də BOK-dan Paris-2024 Olimpiadası zamanı idmanın siyasiləşdirilməsinə qarşı qəti mövqe göstərilməsi, açıq bəyanat verməklə Fransa Hökumətinə, Fransa Milli Olimpiya və İdman Komitəsinə, eləcə də adıçəkilən telekanala etiraz bildirilməsi xahiş edilib. Geri dön |