Saytımızı qiymətləndirin


 
 

İstanbulda ictimai nəqliyyatda gedişhaqqı artırıldı
Tarix: 25-07-2024 | Saat: 13:28
Bölmə:Karusel / Region | çapa göndər

istanbulda-ictimai-neqliyyatda-gedishaqqi-artirildi

İstanbulda ictimai nəqliyyatda gedişhaqqı 13 faiz artırılıb.

Qarabaginfo.az “Milliyet”ə istinadən xəbər verir ki, bu barədə İstanbul Böyükşəhər Bələdiyyəsinin Nəqliyyat Koordinasiya Mərkəzinin iyul ayı üzrə keçirilən iclasında qərar verilib.

Bununla da, İstanbulkart-la gedişhaqqı 17,70 lirədən 20 lirəyə, tələbələr üçün 8,64 lirədən 9,76 lirəyə, sosialyönümlü şəxslər (müəllim, 60 yaşlı şəxslər) üçün 12,67 lirədən 14,32 lirəyə qaldırılıb. 

Elektron biletlə isə bir dəfəlik keçid 25 lirədən 28,25 lirəyə, 10 keçidlik bilet isə 200 lirədən 226 lirəyə qədər artırılıb. 

Metrobusda isə bütün dayanacaqlardan istifadə olunmaqla tam keçid 26,27 lirədən 29,68 lirəyə, tələbələr üçün 8,64 lirədən 9,76 lirəyə, sosiallar üçün isə 14,41 lirədən 16,28 lirəyə qaldırılıb.

 



Xəbəri paylaş

81 dəfə oxunub.

Digər xəbərlər