Bu ilin ilk beş ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 41 min 608 doğulan körpə qeydə alınıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə həmin göstərici azalaraq 11,1-dən 9,8-ə düşüb.
Dövlət Statistika Komitəsinin məlumatına görə. doğulan körpələrin 53,1 faizi oğlan, 46,9 faizi isə qız olub. Körpələrdən 1390-ı əkiz, 51-i üçəm, 4-ü isə dördəm doğulub.
Bu ilin yanvar-may aylarında ölkədə 25 min 519 ölüm halı qeydə alınıb. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə həmin göstərici azalaraq 6,2-dən 6-ya enib.