Saytımızı qiymətləndirin


 
 

Bayden NATO sammitindən Putinə mesaj verdi: O uduzacaq!
Tarix: 10-07-2024 | Saat: 12:33
Bölmə:Karusel / Dünya | çapa göndər

Bayden NATO sammitindən Putinə mesaj verdi: O uduzacaq!

 

ABŞ prezidenti Co Bayden Ukraynanın Rusiya ilə müharibədə qalib gələcəyinə əmindir.
Qarabaginfo.az xəbər verir ki, o bu barədə NATO-nun Vaşinqtonda keçirlən sammitində alyans üzvlərini salamlayarkən bildirib.

“Vladimir Putin Ukraynanın tam fəthindən başqa bir şey istəmir, o, Ukrayna demokratiyasına son qoymaq və Ukraynanı xəritədən silmək istəyir. Ancaq Ukrayna müstəqil olaraq qalır. Ukrayna Putini dayandıra bilər və dayandıracaq. Putinə və dünyaya mesajımız aydındır: Ukraynaya dəstəyimiz güclü və sarsılmazdır. Mən tam əminliklə deyirəm ki, Rusiya bu müharibədə uğursuzluğa düçar olur.

Putin özü bu müharibəyə başlamaq qərarına gəldi, iki il keçdi, 200 mindən çox rus əsgəri öldürüldü və yaralandı, milyonlarla insan bu ölkədə yaşamaq istəmədiyi üçün Rusiyanı tərk etdi. Beş günə təslim olmalı olan Kiyev iki ildir ki yerində qalır. Putin NATO-nun dağılacağına əmin idi, amma bu gün NATO öz tarixində heç vaxt olmadığı qədər güclüdür”, - Bayden deyib.

“Bu mənasız müharibə başlayanda Ukrayna azad ölkə idi və bu gün də həmin azad ölkə olaraq qalır. Müharibə bitəcək və Ukrayna müstəqil və azad olaraq qalacaq. Rusiya qalib gəlməyəcək. O, istədiyini almayacaq. Ukrayna qalib gələcək”, - Bayden vurğulayıb.



Xəbəri paylaş

166 dəfə oxunub.

Digər xəbərlər