Saytımızı qiymətləndirin


 
 

Axtarışda olan şəxs polisə xəsarət yetirib qaçmağa çalışdı 
Tarix: 07-07-2024 | Saat: 09:41
Bölmə:Karusel / Kriminal | çapa göndər

axtarisda-olan-sexs-polise-xesaret-yetirib-qacmaga-calisdi

İyulun 6-da saat 24 radələrində paytaxtın Suraxanı rayonunda əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 8 dəfə məhkum olunmuş, oğurluq əməllərinə görə axtarışda olan 1983-cü il təvəllüdlü Məmmədov Mehman Səlahəddin oğlu polis əməkdaşı tərəfindən saxlanılarkən üzərində olan kəsici alətlə müqavimət göstərib.

DİN-in Mətbuat Xidmətindən Qarabaginfo.az-a bildirilib ki, M.Məmmədov xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşına kəsici alətlə xəsarət yetirib qaçmağa cəhd göstərib.

Ağır xəsarət alan polis kapitanı Fəxrəddin Nəsirov yaralanmasına baxmayaraq cəhdin qarşısını alıb və onu saxlayaraq digər polis əməkdaşlarına təhvil verib.

Xəsarət alan polis əməkdaşı xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

Fotoda: Kapitan Fəxrəddin Nəsirov

 

 



Xəbəri paylaş

1138 dəfə oxunub.

Digər xəbərlər